Qara dənizdə Rusiya gəmisi dron hücumuna məruz qaldı - VİDEO - YENİLƏNİB

Qara dənizdə "MIDVOLGA-2" Rusiya gəmisinə hücum PUA (pilotsuz uçuş aparatı - dron) tərəfindən həyata keçirilib. Hücum nəticəsində gəminin üst hissələrinə kiçik ziyan dəyib, lakin heç kim xəsarət almayıb.
Avtosfer.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə "Rosmorreçflot"dan məlumat verilib.
"Dekabrın 2-si saat 8:00-da (Bakı vaxtı ilə saat 9:00 - red.) Qara dənizdə "MIDVOLGA-2" Rusiya gəmisinə PUA hücumu olduğu barədə məlumat daxil olub. Gəmiyə kiçik ziyan dəysə də, su sızması baş verməyib", - deyə məlumatda qeyd edilib.
"Gəmi sərbəst şəkildə Sinop limanına doğru hərəkət edir. Xəsarət alan yoxdur", - deyə "Rosmorreçflot" əlavə edib.
***
Qara dənizdə gəmiyə hücum edilib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsindən məlumat verilib.
"Günəbaxan yağı daşıyan "MIDVOLGA-2" tankeri Rusiyadan Gürcüstana gedərkən sahillərimizdən 80 mil məsafədə hücuma məruz qalıb. 13 heyət üzvündən heç kim xəsarət almayıb və gəmi kömək istəməyib. Gəmi Sinop istiqamətində hərəkət edir", - deyə məlumatda bildirilib.














