Qarabağ veteranı dələduzluğun qurbanı olub

Qarabağ veteranı dələduzluqla üzləşib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, II Qarabağ savaşında iştirak edən Emin müharibədə yaralanıb. Lakin ona əlillik dərəcəsi təyin edilməyib. Tanışları Eminə bu işdə ona əvvəldən tanıdıqları Rəmzi adlı şəxsin kömək edə biləcəyini deyiblər. Bundan sonra Eminlə Rəmzi görüşüb. Özünü Eminə vəzifəli şəxs kimi təqdim edən Rəmzi ona əlillik dərəcəsi təyin etdirə biləcəyini deyib. Lakin bu işin təmənnasız həll edilməcəyi məlum olub. Emin əlillik dərəcəsi almaq üçün ayrı-ayrı vaxtlarda Rəmziyə ümumilikdə 7400 manat verib. Lakin verdiyi vədi yerinə yetirməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Rəmzi saxlanılıb və daha sonra ona qarşı Cinayət Məcəlləsini 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı Nizami Rayon Məhkəməsində aparılıb. Rəmzi məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Eminin işini pulsuz həll edəcəyini düşünüb. Ondan aldığı pulları isə şəxsi ehtiyaclarına xərcləyib. O, törtədiyi əməldən peşman olduğunu, həmçinin dəymiş ziyanın ödənildiyini deyib. Məhkəmə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun həbsdə və ev dustaqlığınıda saxlanıldığı ümumilikdə 1 il 7 ay 3 gün 1 günə 2 gün hesablanmaqla verilən cəzadan çıxılıb və o cəzasını çəkmiş hesab edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












