Qaradağda qanlı dava: İki qardaş bıçaqlandı - YENİLƏNİB

Qaradağ rayonu, Qızıldaş qəsəbəsində iki nəfərin bıçaqlanması ilə nəticələnən hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib.
Qeyd olunub ki, paytaxtın Qaradağ rayonunda iki nəfərə kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
***
Bakıda iki qardaş arasında yaranan mübahisə qanlı insidentlə nəticələnib.
Avtosfer.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib.
İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə qardaşı, 2009-cu il təvəllüdlü Elnur Elman oğlu Mustafayev arasında mübahisə düşüb. Münaqişə nəticəsində hər iki şəxs bir-birini bıçaqlayıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyata alınıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Başı telefona qarışan piyada maşına çırpılmaqdan son anda qurtuldu - VİDEO
Sərxoş sərnişinə görə mindən çox adam sərhəd nəzarətindən yayındı
Bu şəxslər insan alverinə görə axtarılır - SİYAHI - FOTOLAR
Prospektdə qayda pozuntusu davam edir: Piyadalar işıqfora məhəl qoymur - VİDEO
Bakıda "BakuBus" avtobusu YANIB? - RƏSMİ - VİDEO - YENİLƏNİB
43 yaşlı kişini maşın vurub öldürdü
Narkotik qəbul edənlər taksinin yolunu kəsdi – Sürücü bibər qazı ilə cavab verdi - VİDEO
Bakıda “Hyundai” alışıb yandı - VİDEO
Goranboyda itin boğazına kəndirlə təkər bağlayan şəxs CƏZALANDIRILDI - VİDEO
Türkiyədə daha bir məktəbə silahlı hücum - Ölən var - VİDEO
Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - VİDEO








