Banner

Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO

Hadisə 29 Oktyabr 2026 11:20
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Qaradağ rayonu, Korgöz qəsəbəsində yolların bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, ərazidən keçən sürücülərdən biri yoldakı vəziyyəti əks etdirən videonu çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Kadrlardan görünür ki, yolda asfalt örtüyü yoxdur və ərazi palçığa çevrilib. Şikayətçi bildirib ki, xüsusilə yağışlı havalarda yoldan keçmək çətinləşir. Onun sözlərinə görə, bu vəziyyət sürücülərlə yanaşı, qəsəbə sakinlərinə də ciddi çətinlik yaradır.

Şikayətçi Qaradağ rayonunun əhalisinin çox olduğu qəsəbələrindən biri sayılan Korgözə yeni icra başçısının təyin olunduğunu da vurğulayıb. O, yeni rəhbərliyin mövcud problemi aradan qaldıracağına ümid etdiyini bildirib.

Qeyd edək ki, paylaşım sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Şərhlərdə qəsəbə sakinləri də yolların vəziyyətindən narazılıqlarını ifadə edərək şikayətlərinin indiyədək həllini tapmadığını bildiriblər.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228311.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 232
ŞƏRH YAZ
Ad

E-mail

Şərh