Qaradağın icra başçısının sabiq müavininin həbs müddəti uzadıldı

Hadisə 23 Fevral 2026 19:57
Qaradağın icra başçısının sabiq müavininin həbs müddəti uzadıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradovun həbs müddəti uzadılıb.

Avtosfer.az-ın məlumatına görə, bu barədə qərar Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.

Qərara əsasən, Nadir Məmmədovun həbs müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov və rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev saxlanılıb. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma — qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2-ci (rüşvət alma — təkrar törədildikdə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Oxunub : 106
ŞƏRH YAZ
Ad

E-mail

Şərh