Banner

Qardaşı uşaqlarını baltalayan əmi öldü - ŞOK SƏBƏB AÇIQLANDI

Hadisə 4 Fevral 2026 14:48
Qardaşı uşaqlarını baltalayan əmi öldü - ŞOK SƏBƏB AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayaraq öldürməkdə təqsirləndirilən Naǧıyev Əli Hüseynbala oǧlunun ölümünün təfərrüatları məlum olub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Ə.Nağıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəbəsindən bașı üstə özünü yerə atıb.

Bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub, göstərilən tibbi yardımlara baxmayaraq Ə.Nağıyev ötən gün müalicə olunduğu xəstəxanada ölüb.

***14:06

Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi vəfat edib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.

Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi. 

Oxunub 1050
ŞƏRH YAZ
Ad

E-mail

Şərh