Qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub

Tayvanda “Konq Rey” qasırğasının yaxınlaşması səbəbindən azı 506 aviareys ləğv edilib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Tayvanın təbii fəlakətlərin aradan qaldırılması üzrə qərargahı məlumat yayıb. Bundan başqa, təbii fəlakət səbəbindən 11 marşrut üzrə 139 bərə reysi ləğv olunub. Meteoroloqlar “Konq Rey” qasırğasının yaxın bir neçə saat ərzində Tayvanın şərq sahillərinə çatacağı barədə xəbərdarlıq ediblər. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 63 metrə çatır. Tayvanın hakimiyyət orqanları ada ərazisində qasırğa xəbərdarlığı və oktyabrın 31-ni qeyri-iş günü elan edib. Ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində dərslər ləğv olunub, təcili yardım xidmətləri isə gücləndirilmiş iş rejiminə keçirilib.
Qeyd edək ki, “Konq Rey” qasırğası oktyabrın 25-də Sakit okeanın qərbində, Filippin yaxınlığında formalaşıb.
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB












