Qatar hücumunun təşkilatçıları saxlanılıb - KİV

Pakistanın Bəlucistan polisinin terrorla mübarizə idarəsi martın 11-də sərnişin qatarına hücumu təşkil etməkdə şübhəli bilinən dörd nəfəri həbs edib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları digər qurumlarla birlikdə Bəlucistanda törədilən terror aktının təhqiqatını davam etdirir, hücumda iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparır. Bildirilib ki, hazırda terror aktını təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Xatırladaq ki, 11 mart tarixində Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Kaççi rayonunda silahlı şəxslər sərnişin qatarına hücum edib, sərnişinləri girov götürüblər. Pakistan təhlükəsizlik qüvvələri terror zamanı qatarda qalmış bütün sərnişinləri xilas ediblər və bildiriblər ki, əməliyyat zamanı 33 terrorçu məhv edilib. Lakin 21 sərnişin terrorçu tərəfindən öldürülüb.
Bakıda "Audi" yolda yaranan çuxura düşdü - İki təkəri partladı - VİDEO
Sərnişin avtobus sürücüsünü döyüb
Bakının mərkəzində yanğın oldu; polis belə müdaxilə etdi - VİDEO
Qatar gələn zaman yolu keçən şəxs həyatını təhlükəyə atdı - ANBAAN VİDEO
Metroda ölən 41 yaşlı Cavidin FOTOsu
Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini kəsdi - VİDEO
Samuxda marketdən 2 min manatlıq oğurluq edildi - ANBAAN VİDEO
Bakıda 5 avtomobildən maqnitofon oğurlandı - 2144 manat maddi ziyan var
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun detalları - FOTO
Sərxanı xilas edən polis zabiti Şuşada qətlə yetirilən icra başçısının oğlu imiş - FOTO
Maşın qaçıran şəxs saxlanıldı











