Qatar relsdən çıxıb, ölən və xəsarət alanlar var

Norveçin şimalında 55 sərnişini olan qatar sürüşmə nəticəsində relsdən çıxıb. Hadisədə bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu yerli polis nümayəndəsi Arild Voldmo açıqlayıb.
Qatar Trondheymdan şimal şəhəri Bodöyə gedərkən yolda düşən daşların altında qalıb.
Polisin digər nümayəndəsi Bent Are Eilertsen NTB agentliyinə bildirib ki, qəza nəticəsində bir nəfər həlak olub, dörd nəfər tibbi yardıma ehtiyac duyub.
O agentliyə deyib ki, “qatarın relsdən çıxdığı anda onun göyərtəsində 55 nəfər olub” və əlavə edib ki, bütün sərnişinlər qatardan təxliyə edilib.
Şimali Norveç Birləşmiş Xilasetmə və Koordinasiya Mərkəzi “X”də paylaşdığı məlumatda hadisə yerinə üç helikopter və təcili yardım xidmətlərinin göndərildiyini qeyd edib. Hadisə yerindən çəkilmiş şəkillərdə lokomotiv və beş vaqondan birincisinin relsin yanındakı yamacdan sürüşdüyü görünür.
Qatarın qalıqlarının təmizlənməsi və qaldırılmasından əvvəl geoloqların tədqiqat aparacağı gözlənilir.
Şahidlərin sözlərinə görə, qatarın qarşısındakı yolda böyük qaya parçaları görünüb.
Kəskin relyefə malik olan Norveç tez-tez, xüsusilə yazda qar əriyəndə sürüşmələrdən əziyyət çəkir.
**
Norveçin şimalında içərisində 70-ə yaxın sərnişinin olduğu qatar relsdən çıxıb, xəsarət alanlar var.
Avtosfer.az “The Local Norway”ə istinadən xəbər verir ki, Norveçin mərkəzindəki Trondheim şəhərindən şimalda Bodo şəhərinə gedən qatar sürüşmə nəticəsində relsdən çıxıb.
Hadisə yerinə polis və təcili tibbi yardım xidmətləri cəlb edilib.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












