Qatarda sərnişinlərə hücum edən şəxs bir neçə nəfərə xəsarət yetirib

Almaniyanın Bavariya əyalətində Vyana istiqamətində hərəkət edən sürət qatarında naməlum şəxs sərnişinlərə hücum edib.
Avtosfer.az "Spiegel" qəzetinə istinadla xəbər verir ki, polisin məlumatında onun hücum zamanı təhlükəli əşyalardan istifadə etdiyi bildirilib. Beş yüzədək sərnişinin olduğu qatarda baş verən hücum nəticəsində dörd nəfər xəsarət alıb. Sərnişinlərin vaxtında müdaxiləsi nəticəsində hücumun qarşısını almaq mümkün olub. Onlar şübhəli şəxsi zərərsizləşdirərək yaralayıblar. Polis həmin şəxsin saxlanıldığını və hazırda xəstəxanaya yerləşdirildiyini qeyd edib.
Hadisə ilə əlaqədar dəmir yolu xətti müvəqqəti olaraq bağlanıb, əraziyə yanğınsöndürmə xidməti, polis və təcili yardım briqadaları cəlb olunub.
Xatırladaq ki, may ayında Hamburq şəhərinin dəmir yolu vağzalında bir qadın bıçaqla insanlara hücum edərək, 18 nəfərə xəsarət yetirmişdi. Hadisə yerində saxlanılan həmin qadının psixoloji problemlərinin olduğu müəyyənləşdirilmişdi.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












