Qax sakininin meyiti tapıldı; Zaqatala sakinin axtarışları davam edir - YENİLƏNİB

Hadisə 24 İyun 2024 15:50 Oxunub 358
Qax sakininin meyiti tapıldı; Zaqatala sakinin axtarışları davam edir - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mingəçevir su anbarında batanlardan birinin meyiti tapılıb. 

Avtosfer.az xəbər verir ki, Qax rayon Qıbçaq kənd sakini, 1974-cü il təvəllüdlü Həmidov Rövşən Həmid oğlunun meyiti tapılaraq ailəsinə təhvil verilib. 

Zaqatala rayon Aşağı Tala kənd sakini, 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlunun axtarışları isə davam edir.

***

Mingəçevirə balıq ovuna gedən Zaqatala və Qax sakinləri su anbarında batıb.

Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Mingəçevir su anbarına balıq ovlamağa gedən Zaqatala rayon Aşağı Tala kənd sakini, 1969-cu il təvəllüdlü Həsənov Vüqar Oruc oğlu və Qax rayon Qıbçaq kənd sakini, 1974-cü il təvəllüdlü Həmidov Rövşən Həmid oğlu yoxa çıxıb. Onların suda boğulduğu ehtimal edilir. 

Hazırda axtarışlar davam edir. 
 

(lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh