Qaxda azyaşlı qızı yük maşını vurdu - YENİLƏNİB

Qaxda yük maşınının vurduğu azyaşlının son durumu açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Yanvarın 2-də saat 22:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2017-ci il təvəllüdlü (qadın cinsli) azyaşlı Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona baş beyin silkələnməsi, döş qəfəsinin, qarnın, beldən aşağı hissənin və çanağın səthi travmaları diaqnozu təyin edilib.
Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
***
Qax şəhəri ərazisində yolu keçən 8 yaşlı uşağın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, Qax şəhər sakini, 2017-ci il təvəllüdlü Arzu Ramazanova avtomobil vurması nəticəsində xəstəxananın Təcili yardım şöbəsinə daxil olub. Ona ilkin yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda həkim nəzarəti altındadır, vəziyyəti orta-ağır olaraq qalır.
Qeyd edək ki, Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə şəhərin Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olarkən yolu keçən azyaşlını vurub.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü










