Qayçı ilə sinəsinə ağır xəsarət yetirdi - YENİLƏNİB

Hadisə 7 Avqust 2024 11:17 Oxunub 336
Qayçı ilə sinəsinə ağır xəsarət yetirdi - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avqustun 6-da gecə saat 2 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 2000-ci il təvəllüdlü Kamal İbrahimovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətimdən məlumat verilib.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətlərinə görə məhkum olunmuş 2005-ci il təvəllüdlü Valeh Kazımov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

09:47

Bakı sakininə qayçı ilə ağır xəsarət yetirilib.

Avtosfer.az xəbər verir ki, hadisə gecə saat 02 radələrində Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində baş verib.

Kamal İbrahimov adlı şəxs sinə nahiyəsinə yetirilmiş ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Onu yaralamaqda şübhəli bilinən Valeh Kazımov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır ziyan vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh