Qayda pozan motosikletçi taksi sürücüsünə yaxınlaşaraq səhv tutdu: “Güzgüyə bax sonra..” - VİDEO

Hadisə 15 May 2023 21:29 Oxunub 826
Qayda pozan motosikletçi taksi sürücüsünə yaxınlaşaraq səhv tutdu: “Güzgüyə bax sonra..”   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kobud qayda pozuntusuna yol verdi, motosikletini saxlayaraq sürücüyə qanun öyrətməyə çalışdı.
Avtosfer.az xəbər verir ki, şikayətçinin öz kamerası ilə işıqlandırılan hadisə paytaxtın mərkəzi küçələrindən birində qeydə alınıb.  Videoda əksini tapan görüntülərdən bəlli olduğu kimi motosiklet sürücüsü tıxaca məhəl qoymayaraq yoldan kənara çıxıb və dayanan özüylə yanaşı dayanan avtomobillərə də təhlükə yaradıb. Bu zaman taksidən düşən sərnişinin getməsini gözləyən motosikletçi taksiyə yaxınlaşaraq “Salam, ağsaqqal. Müştəri düşürdəndə əvvəl güzgüyə bax, sonra düşürt” deyib. Və şikayətçi danışığı ilə belə hallarla dəfələrlə rastlaşdığına işarə edib. Başqa sürücülərdə səhv axtaran və bunu sosial şəbəkə hesabında paylaraq ictimailəşdirən motosiklet idarəçisinə bildirək ki, tıxac, yaxud qırmızı işıqda durarkən avtomobillər kimi o da nəqliyyat vasitəsi kimi dayanmalıdır.

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh