
Qayda pozan “Niva”lar “Prius”u baxın necə sıxışdırdı - VİDEO

Yolun əks istiqamətində irəliləyən avtomobil digər nəqliyyat vasitələrinin hərəkətini iflic edib.
Avtosfer.az xəbər verir ki, mövcud qayda pozuntusu paytaxtın Neftçilər prospektində qeydə alınıb. Xoşagəlməz hadisənin görüntülərdən aydın olduğu kimi toy karvanında “at oynadan” “Niva” markalı avtomobillərin sürücüləri qayda pozuntusu törətməklə kifayətlənməyərək özlərini haqlı göstərməyə çalışıblar. Belə ki, əks istiqamətə çıxan ağ rəngli və onun yoluna girən qara rəngli “Niva” markalı avtomobillər yol boyunca hərəkət edən “Toyota Prius” markalı maşını sıxışdırıblar. Həmçinin etdikləri davranışın qaydalara zidd olmasına baxmayaraq sürücü və sərnişinlə söz savaşına girməkdən də geri qalmayıblar. Bir neçə dəqiqəlik mübahisədən sonra “Prius”un sürücüsü hadisə yerindən uzaqlaşıb. Daha sonra əks yola çıxan “Niva” fırlanaraq hərəkətini doğru istiqamətdə bərpa edib.
Qeyd edək ki, baş vurulan qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 100 manat və 4 balla nizamlanır.
Nərmin