Qayda pozan piyada qadın sürücünü günahlandırdı: “Adamın üstünə çıxırlar?” - VİDEO

Hadisə 1 Mart 2024 19:10 Oxunub 782
Qayda pozan piyada qadın sürücünü günahlandırdı: “Adamın üstünə çıxırlar?”   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın İnşaatçılar metrostansiyası yaxınlığında baş vermiş hadisə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Avtosfer.az-ın məlumatına görə, görüntü bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, yolu keçən piyada 77 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusunun sürücüsüylə mübahisə edib. Avtomobillərin intensiv hərəkətdə olduğu yoldan keçən piyada qadın ona yol vermədiyi üçün sürücünü günahlandırıb. Əsəbiləşən qadın “adamın üstünə çıxırlar?”- deyərək sürücüyə dəfələrlə qışqırıb. Sürücü isə ona aqressiv cavab verib. Mübahisə bir neçə dəqiqə davam edib. Nəticədə yolda sıxlıq yaranıb.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri keçiddən istifadə etməyən piyadanı qınayıblar. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh