Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Xəbərlər 5 İyul 2024 09:17 Oxunub 204
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İyulun 5-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh