Qaynı qızını xəstə oğlu üçün oğurladı, polis yolda yaxaladı - İmişlidəki cinayətin təfərrüatı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində gənc qızı oğurlamaqda təqsirləndirilən Füzuli rayon sakinləri - Vasif Məmmədov, İlkin Ağayev və Elbrus Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az Oxu.az-a istinadən cinayət işi üzrə ittiham aktını təqdim edir. Hadisə İmişli rayonunun Boşçalılar kəndində baş verib. Füzuli rayon sakini Vüsal Məmmədov Elbrus və İlkini çağıraraq onlarla birlikdə həmin kənddə yaşayan qaynının qızını özünün fiziki qüsurlu oğlu ilə evlənmək məqsədilə qaçırmaq istədiyini bildirib. O, həmin şəxslərə yalan məlumat verərək, guya qızı razı saldığını bildirib. Bu məqsədlə Elbrus və İlkin Vüsalın təklifi ilə razılaşıb və onlar Elbrusun avtomobili ilə İmişli rayonuna yollanıblar.
Vüsal qızın evdə tək olduğunu bilərək, həyətə daxil olub, qaynını səsləyib. Səsə qaynının qızı çıxıb və Vüsalla salamlaşıb. Vüsal qızı aldadaraq söhbət edə-edə avtomobilin yanına gətirib. O, dərhal avtomobilin qapısını açıb qızı zorla avtomobilin arxa oturacağına oturdub. Qızın bir tərəfində İlkin, digər tərəfində isə Vüsal əyləşərək onun qışqırmasının qarşısını almaq üçün ağzını bağlayıblar. Onlar qızı əvvəlcə Bakıya qaçırmaq istəsələr də, yolda avtomobilin yanağacı az olduğundan İlkin onlara Cəlilabada qayınanasının evinə getməyi təklif edib. Onlar avtomobilə yanacaq vurarkən qız qışqıraraq ətrafdakılardan kömək istəyib. Bu vaxt məntəqədə limon satan qadın avtomobilə yaxınlaşıb. Vasif isə qadına bildirib ki, qışqıran qaynının qızıdır və onu oğluna evlənmək üçün qaçırır.
Daha sonra onlar məntəqədən çıxıb Cəlilabad rayonuna - İlkinin qayınanasının evinə gediblər. Qadın əvvəlcə onları xoş qarşılasa da, qızın zorla gətirildiyini biləndən sonra İlkin, Elbrus və Asifi evdən çıxarıb və qızı atasının evinə qaytarmağı tələb edib. Onlar qadının əsəbiləşdiyini görüb, razılaşıb və qızı atasının evinə qaytaracağına söz verib evdən çıxıblar.
Cəlilabaddan çıxandan sonra isə onlar qızı Qobustan rayonuna - Vasifin qohumunun evinə aparmaq qərarı veriblər. Amma buna polislər imkan verməyib. Elbrus yol hərəkəti qaydasını pozduğu üçün yol polisi onlara "saxla!" əmri verib və onlar avtomobili saxlayıblar. Elbrus avtomobildən düşüb yol polisi ilə söhbət etməyə gedərkən qız qəfildən qışqıraraq polislərdən kömək istəyib. Avtomobilə yaxınlaşan yol polisləri qızın oğurlandığını anlayıblar, hadisə yerinə post-patrul xidməti çağırıblar. Hər üç şəxs polis tərəfindən saxlanılaraq şöbəyə aparılıb, qız isə ailəsinə qaytarılıb.
Faktla bağlı cinayət işi başlanıb və təqsirləndirilən şəxslər barədə məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunub və zərərçəkmişlər şikayətçi olmayıblar.
Məhkəmənin hökmü ilə Vasif Məmmədova 3 il 1 ay, Elbrus Cəfərova 2 il 1 ay, İlkin Ağayevə isə 2 il bir ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Məhkəmənin qərarı ilə onların barəsində seçilən həbs qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib və onlar məhkəmə zalından azad ediliblər.
Bakıda Hərbi Prokurorluğun yaxınlığında avtomobil yanır
Keşlədəki hadisəyə səbəb kollektorun üstündə tikilən ev imiş - Sökülməldir
Avtomobil izdihama çırpılıb, 15 nəfər xəsarət alıb
Badamdar ərazisində sürüşmə təhlükəsi yaranıb - Yol bağlandı - FOTO - VİDEO
Saatlı sakini 4000 manatını itirdi – Polis tapıb qaytardı
Salyanda 43 yaşlı qadın itkin düşüb - FOTO
Cinayət törədib qaçan şəxslər qəzaya düşdülər – Biri tutuldu, o biri axtarılır - VİDEO
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin ADLARI - FOTO - VİDEO
İkinci əl avtomobil alanların diqqətinə; iki əzilmiş maşını kəsib bir maşın düzəldirlər - VİDEO
Qatarda qaz bombası partladan gənc 12 nəfəri yaraladı - FOTO
“Kontakt Home” yenə vətəndaşı aldatdı; görün müştəriyə nə satıblar – ŞİKAYƏT - VİDEO










