Qaz tankeri partladı - 6 nəfər ölüb, onlarla yaralı var

Pakistanın cənubundakı Multan şəhərində qazla dolu tankerin partlaması nəticəsində azı altı nəfər ölüb, onlarla insan yaralanıb.
Avtosfer.az xəbər verir ki, həlak olanlar arasında azyaşlı da var. Xilasedicilərin sözlərinə görə, hadisə qaz sızması səbəbindən alovlanıb. Yanğın yaxınlıqdakı bir çox evləri bürüyüb.
Pakistanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları faciəvi insidentdə 31 nəfərin yaralandığını təsdiqləyib. Xilasetmə orqanları bildiriblər ki, yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal olunur. Multan şəhərinin polis zabiti Sadiq Əli yanğın zamanı bir neçə evin dağıldığını və mal-qaranın tələf olduğunu bildirib.
Xilasedicilər təhlükəsizliyin təmin edilməsi məqsədilə ətraf ərazilərdə axtarış işlərinə başlayıb, ehtiyat tədbiri olaraq ərazidə elektrik enerjisinin və qazın verilməsi dayandırılıb.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












