Qazaxda minaya düşən DSX əməkdaşının son durumu AÇIQLANDI - YENİLƏNİB

Hadisə 29 Aprel 2024 16:16 Oxunub 264
Qazaxda minaya düşən DSX əməkdaşının son durumu AÇIQLANDI - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qazaxda minaya düşən DSX əməkdaşının vəziyyəti açıqlanıb. 

Bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.

12:22

Qazax rayonu ərazisində mina hadisəsi baş verib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. 

O, xəstəxanaya yerləşdirilib.

16:16

Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: 

“Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh