Banner

Qazaxda TIR yandı

Hadisə 23 Oktyabr 2026 18:10
Qazaxda TIR yandı
WhatsApp kanalımıza abunə olun

Qazaxda yük avtomobili yanıb.

Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Nəsrəddin Mehdiyevin idarə etdiyi TIR tipli yük maşını anidən alışıb.

Alov hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 176
ŞƏRH YAZ
Ad

E-mail

Şərh