Qazaxda yanacaq daşıyan avtomobildə yanğın - Ölən var - VİDEO - YENİLƏNİB

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildəki yanğında ölən şəxsin kimliyi məlum olub.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, ölən şəxs Qazax şəhər sakini 1994-cü il təvəllüdlü Şəmil İbrahimovdur.
O, Qazax Neft Baza Sahəsinin həyətində MAN markalı avtomobildə baş vermiş partlayış nəticəsində dünyasını dəyişib.
Hazırda ölüm faktı üzrə Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, sözügedən şəxs süzücü-tökücü vəzifəsində işləyib./oxu.az
***14:06
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
***
Qazaxda partlayış olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində baş verib. Kənd ərazisində olan Qazax Neft Bazasında yerləşən yük avtomobilinin çəni partlayıb. Hadisə yerinə hazırda FHN əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Hərəkətdə olan maşınların qarşısına çıxan piyada barmaqla yol istədi - VİDEO
Masazırda məktəblilər gölləri birləşdirib sosial şəbəkədə yaydı - VİDEO
Novxanı yol kənarında ölmüş itlər tapılıb - VİDEO
Xırdalanda qadına qarşı zorakılıq: Saçından tutub... - VİDEO
Polis təqib zamanı qeyri-adi hadisə ilə üzləşdi - VİDEO
Dayanacaqda avtobus gözləyən kişi qəfil vəfat etdi - VİDEO
Metro stansiyaların fəaliyyəti tam bərpa edildi - RƏSMİ - YENİLƏNİB
Dağüstü parkın qarşısında qayda pozan sürücülər qəza törətdi - VİDEO
Bakıda 596 nömrəli avtobusun təkəri qırıldı - VİDEO
Binədə piyadanın bu hərəkəti sürücüləri çaş-baş salıb əsəbiləşdirdi - VİDEO
Neapol dairəsində təhlükə saçan sürücü gənc qızı az qala vururdu - REAL VİDEO








