Qazi adından istifadə edib pul dilənən bu sürücüdən EHTİYATLI OLUN! - VİDEO

Paytaxtın müxtəlif ərazilərində qazi adından istifadə edərək sürücülərdən pul mənimsəməyə çalışan şəxs peyda olub.
Avtosfer.az-ın məlumatına görə, bu barədə aparıcı Raqif Raufoğlu “Facebook”da - “Masterclass Azerbaijan” səhifəsində paylaşım edib. Belə ki, sürücü hava limanı yolunda hərəkətdə olan zaman bir nəfər qışqıraraq maşınının nasaz vəziyyətdə olduğunu deyərək onu saxladıb. Özünü qazi kimi təqdim edən şəxs İkinci Qarabağ müharibəsində ayağını itirdiyini, qardaşının da şəhid olduğunu bildirib. Ardınca o, Masallıdan Bakıya şəhid analarına qurbanlıq ət gətirdiyini və geri qayıdarkən avtomobilinin təkərinin anidən çıxdığını qeyd edib. Daha sonra əsl niyyətini dilə gətirən “qazi” sürücüdən 50 manat pul istəyib. Hətta o, borca alacağı pulu evə çatan kimi sürücünün kart hesabına köçürəcəyini vurğulayıb. Lakin sürücü onun əsl niyyətini anlayaraq pulunun olmadığını söyləyib. Planının baş tutmadığını görən saxtakar sonda sürücüyə “Allah bəlanı versin” deyərək qarğış edib.
Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilərin əksəriyyəti sözügedən şəxsin oxşar əhvalatlar uyduraraq onlardan da pul diləndiyini bildiriblər.
Nərmin
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü
Məhv edilən həmin raketin görüntüləri - FOTO - VİDEO
Avtobuslarda cibgirlik edən şəxs tutuldu - VİDEO
Onun tayı-bərabəri yoxdur: dünyanın ən yaxşı lüks elektrik avtomobili
İş adı ilə Türkiyəyə aparılan azərbaycanlı qadınların Quşadası kabusu
Bakının əsas prospektlərindən birində YÜK AVTOMOBİLİ YANDI - FOTO










