Qazi özünü niyə yandırıb? – Sərxoş halda “avtoş”luq edirmiş - RƏSMİ AÇIQLAMA + VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş vermiş insidentə aydınlıq gətirib.
DİN-dən Avtosfer.az-a bildirilib ki, aprelin 26-da Daşkəsən rayonu Quşçu kəndi ərazisində qayda pozuntuları ilə idarə edilən, insanların həyat və sağlamlığına real təhlükə yaradan “VAZ 2106” markalı avtomobil DYP əməkdaşları tərəfindən saxlanılıb:
"Müəyyən edilib ki, 10-FA-497 dövlət qeydiyyat nişanlı, Q.Həsənova məxsus avtomobil sürücülük hüququ və etibarnamə olmadan, Vətən müharibəsi iştirakçısı, 1996-cı il təvəllüdlü İsmayılov Ədalət Fərman oğlu tərəfindən idarə edilir. Ə.İsmayılova qanunvericiliyə uyğun olaraq izahlar verilməsinə və onun intizama dəvət edilməsinə baxmayaraq, qanunsuz hərəkətlərini davam etdirib, istədiyi kimi avtomobil idarə edəcəyini bildirərək ictimai qaydanı kobud şəkildə pozmaqla polis əməkdaşlarına tabesizlik nümayiş etdirib.
Əməlində xırda xuliqanlığın tərkib əlamətləri olduğuna görə Ə.İsmayılov barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Onun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığından qərar qüvvədə saxlanılıb. Ə.İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, o qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətlər etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb".
Qeyd edək ki, Ədalət İsmayılov bu gün Daşkəsəndə üzərinə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər tərəfindən yanğın söndürülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan Ə. İsmayılov xəstəxanaya yerləşdirilib.
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO










