Qəbələdə iki nəfərin ölümü ilə bağlı cinayət işi başlandı

Oktyabrın 17-də saat 21 radələrində Qəbələ rayonu Zərgərli kəndi ərazisində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qəbələ rayon prokurorluğundan Avtosfer.az-a bildirilib ki, araşdırma zamanı rayonun Laza kənd sakini, 1976-cı il təvəllüdlü Əlibaba Gəncimovun rayonun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək həmin evdə yaşayan 1951-ci il təvəllüdlü Gülsadə Məmmədliyevaya atəş açaraq onu qəsdən öldürməsi, sonuncunun nəvəsi 2001-ci il təvəllüdlü Nurlan Məmmədliyevə xəsarət yetirməsinə, N.Məmmədliyevin isə odlu silahdan atəş açaraq Əlibaba Gəncimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, istintaq aparılır.
Piyada məsuliyyətsizliyi faciəyə səbəb olacaqdı: Sürücü son anda qəzadan yayındı - VİDEO
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO












