Qəbələdə irigövdəli ağac yaşayış evinin üzərinə aşdı - FOTO - VİDEO

Hadisə 13 İyun 2024 13:43 Oxunub 174
Qəbələdə irigövdəli ağac yaşayış evinin üzərinə aşdı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəbələ rayonunda iki ünvanda irigövdəli ağacların aşması nəticəsində təhlükəli vəziyyət yaranıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, Bakı-Qəbələ magistral avtomobil yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində irigövdəli ağacın aşması və nəticədə magistral yolun bağlanması barədə daxil olmuş məlumat əsasında FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar. Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacın hissələrə kəsərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

Bundan başqa, Mərkəzin xilasediciləri tərəfindən Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində vətəndaşa məxsus fərdi yaşayış evinin üzərinə aşmış ağac hissələrə kəsilərək götürülüb və yaranmış təhlükə aradan qaldırılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh