Qəbələdə "Jiquli" çayda batdı - FOTO - VİDEO

Hadisə 12 İyun 2024 10:10 Oxunub 228
Qəbələdə "Jiquli" çayda batdı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəbələ rayonun Laza kəndi ərazisində içərisində iki nəfər olan avtomobil çayda batıb.

Bu barədə Avtosfer.az-a  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazisində intensiv yağıntılar səbəbindən yaranan selin təsirindən içərisində 2 nəfərin olduğu minik avtomobilinin çaya düşərək batıb qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Xilasedicilər tərəfindən operativ olaraq həyata keçirilən qəza-xilasetmə əməliyyatı nəticəsində çayda batmış “VAZ-2106” markalı minik avtomobilinin təhlükəsiz əraziyə çıxarılması təmin edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh