Qəbələdə magistral yolda problem yarandı: Nazirlik hərəkətə keçdi - VİDEO

Hadisə 26 İyun 2024 13:00 Oxunub 188
Qəbələdə magistral yolda problem yarandı:  Nazirlik hərəkətə keçdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində iki ədəd irigövdəli ağacın aşması nəticəsində magistral yol bağlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacların hissələrə bölünərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh