Banner

Qəbələdə yolu keçən iki qadını maşın vurdu - YENİLƏNİB

Hadisə 11 Oktyabr 2025 13:33
Qəbələdə yolu keçən iki qadını maşın vurdu   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəbələ şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, oktyabrın 11-i, saat 08:00-da Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (qadın cinsli) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

"1963-cü il və 1996-cı il təvəllüdlü şəxslərə çanaq sümüklərinin sınığı, bədənin müxtəlif nahiyələrinin əzilmiş, sıyrılmış yaraları və travmaları diaqnozları təyin olunub, zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1963-cü il təvəllüdlü pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 1996-cı il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda vurğulanır.

***12:31

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər ki, Qəbələ şəhəri ərazisində yolu keçmək istəyən 2 nəfəri “Hyundai” markalı minik avtomobili vurub.

Hadisə zamanı xəsarət alan 29 yaşlı Günay Vahabzadə və 62 yaşlı Yaqut Bəkirova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 720
ŞƏRH YAZ
Ad

E-mail

Şərh