Qətl törədən şəxslə polis arasında atışma baş verdi - FOTO - VİDEO - YENİLƏNİB

Hadisə 6 İyun 2024 15:28 Oxunub 294
Qətl törədən şəxslə polis arasında atışma baş verdi - FOTO - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Moskvanın qərbində baş verən atışmadan sonra axtarışda olan qatil həbs olunarkən polisə ən azı 15 atəş açıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsindən xəbər verilib.

Məlumata görə, cavab atəşi açılarkən qatil yaralanıb.

14:40

Moskvanın qərbində Fili-Davıdkovo ərazisində naməlum şəxs küçədə atəş açıb.

Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində 34 yaşlı Konstantin Balışanski qətlə yetirilib. Hadisəni törədən şəxs cinayətdən sonra qaçıb. O, atəşi "Sayqa" tipli ov tüfəngindən açıb.

Qeyd edək ki, mərhum rabitə avadanlıqlarını icarəyə götürən paytaxt şirkətlərindən birində sistem administratoru işləyib.

Hazırda hadisə yerində təcili yardım maşını və polis əməkdaşları işləyir. Onlar qətlin baş verdiyini təsdiqləyiblər.

 

(oxu.az)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh