Qəza nəticəsində maşının altından çıxan təkər turisti qovdu – ANBAAN VİDEO

Türkiyənin Antalya şəhərinin Manavgat mahalında qeyri-adi qəza baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Manavqatın Ilıca məhəlləsində, D-400 magistralında qeydə alınıb. Turistləri safariyə aparan 07 LTC 92 nömrə nişanlı avtomobilin təkərlərindən biri qəfil altından çıxıb. Sürücü idarəetməni itirərək dayanacaqda park edilmiş 07 LDZ 58 nömrəli yük maşınına çırpılıb.
Zərbənin gücündən avtomobildən qopan ikinci təkər təxminən 150 metr məsafəni qət edərək yoldan çıxıb və dəri mağazasına girib. Təhlükəsizlik kameralarına düşən görüntülərdə rusiyalı bir turistin təkərin ona doğru gəldiyini görərək qaçdığı və bu şəkildə ölümcül təhlükədən qurtulduğu əks olunub.
Qəza nəticəsində safari avtomobilində olan alman turistlər — Daniel Schoene və Tiefert Czeskle xəsarət alıblar. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hadisə zamanı safari avtomobilinin çırpıldığı yük maşınının sürücüsünün nəqliyyat vasitəsini yolun kənarına park edib, köftəci restoranına keçdiyi məlum olub. Maraqlıdır ki, həmin yük maşını safari avtomobilinin aşmasının qarşısını alıb.
Qəzaya dair araşdırma aparılır.
Eltac Zülfüqaroğlu
Qubada sürüşən yolda vəziyyət daha da pisləşdi - VİDEO
Göyçayda ağac maşının üzərinə aşdı - Yolda hərəkət dayandı - FOTOLAR
Bakıda kişi qadınlara qarşı görün nə etdi - Avtobusda ŞOK OLAY - VİDEO
Avtobusun altında qalmaqdan son anda qurtulan gənc qız sürücüyə irad bildirdi - VİDEO
Bakıda avtomobil təmiri sexində YANĞIN - VİDEO
Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər - VİDEO
Narkotikdən istifadə edən təcili yardım sürücüsünə hökm oxundu
Polis əməliyyat keçirdi; Samir Mirzəyev saxlanıldı - FOTO - VİDEO
Kişi tanışını güllələdi, sonra... - Ağdamda cinayət hadisəsi
Vüqar Ağayev BƏRAƏT ALDI: azərbaycanlı kriminal avtoriteti kim öldürüb?
“Sədərək”də yanğın təhlükəsi - VİDEO










