Qəza törədərək iki qızının ölümünə səbəb oldu - 10 il sonra bu cəzanı aldı

2015-ci ildə Rusiyada 3 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törədən şəxsə 10 il sonra Azərbaycanda hökm oxunub. Həmin şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Avtosfer.az xəbər verir ki, 49 yaşlı Cəmaləddin İbrahimov 2015-ci ilin iyul ayında Rusiyada Çelyabinsk şəhəri ərazisində qəza törədib. O, özünə məxsus “Chevrolet Cruze” markalı avtomobillə ötmə əməliyyatı edən zaman qarşıdan gələn yük maşını ilə toqquşub. Yaranamış zəncirvari qəzada 4 maşın iştirak edib.
Dəhşətli qəza zamanı C.İbrahimovun qızları 1 yaşlı Leyli və 7 yaşlı Anastasiya dünyasını dəyişib. Onun idarə etdiyi avtomobildə xanımı və qonşuları da olub. Onlar tətilə gedirmişlər. Həmin şəxslər də ağır xəsarətlər alıblar. Qəzadan sonra C.İbrahimov da uzun müddət komada qalıb.
Sürücü və onun yanında əyləşən xanımı təhlükəsizlik kəmərini taxdıqları üçün sağ qalıblar. Arxada əyləşən sərnişin də kəmər taxıbmış. Azyaşlı uşaqlar isə təhülkəsizlik kəmərindən istifadə etmətiblər. Qəza baş verən zaman uşaqlar yatıbmış.
Qəza zamanı ölənlərdən biri isə qarşı tərəfdən gələn yük maşınında olan xanım sərnişin olub.
C.İbrahimov 3 nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə təqsirli bilinib və onun barəsində cinayət işi açılıb. İbrahimov Azərbaycana gəldiyi üçün onun barəsində axtarış elan edilib.
Azərbaycan vətəndaşı olan C.İbrahimovun cinayət işi 2021-ci ildə Şəmkir Rayon Polis Şöbəsində icraata qəbul edilib.
Onun yeri 2023-cü ildə müəyyən edilib və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Lakin ona dəfələrlə məlumat verilsə də polis şöbəsinə gələrək qeydiyyatdan keçməyib. Bu səbəbdən onun barəsində həbs qərarı çıxarılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsi C.İbrahimovun cinayət işini araşdıraraq hökm çıxarıb.
Zərərçəkmiş şəxslərin, mərhumların hüquqi varislərinin İbrahimovdan şikayəti olmayıb və ona yüngül cəza verilməsini istəyiblər. İbrahimov da əməlindən peşman olduğunu deyib.
Məhkəmənin hökmü ilə İbrahimov 5 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.(musavat)
Avtomobilini baha satmaq istədi: 11 min manat CƏRİMƏLƏNDİ
Zərdabda 1 hektarlıq ərazini yandıran şəxs saxlanıldı - FOTO
Süni intellekt 5 nəfəri ölümdən xilas etdi
Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər - RƏSMİ AÇIQLAMA
İlisuda Ramramay şəlaləsinə gedənlərdən ödəniş alınır? - İDDİA - VİDEO
Bakıda ticarət mərkəzində FACİƏ: Liftin şaxtasına düşüb öldü - YENİLƏNİB
Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜ - FOTO - VİDEO
Yanacaqdoldurma məntəqəsinin kafesi alovlandı – İlk müdaxiləni vətəndaşlar etdi - VİDEO
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO










