Qəzada oğlunu itirən ata yolda dayanıb sürücüləri daşlayır - VİDEO

Hadisə 10 Sentyabr 2024 15:30 Oxunub 282
Qəzada oğlunu itirən ata yolda dayanıb sürücüləri daşlayır   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Beyləqan-Daşburun yolunda xoşagəlməz hadisə qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, sözügedən ərazidən keçən sürücülərdən biri görüntünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb. Belə ki, yolun ortasına piştaxta qoyaraq meyvə satan şəxs sürücülərin hərəkətinə maneə törədib. Bununla kifayətlənməyən səyyar satıcı, hətta ərazidən keçən nəqliyyat vasitələrini daşlayaraq onlara təhlükə yaradıb. Bu zaman yaxınlıqdakı insanlardan biri satıcıya müdaxilə edərək onu törətdiyi əməldən yayındırmağa çalışıb. Lakin küçə ticarətiylə məşğul olan şəxs vətəndaşa təyziq göstərib. Nəticədə onlar əlbəyaxa olublar.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, səyyar satıcı oğlunu yol qəzasında itirdikdən sonra onda psixoloji problemlər yaranıb. Bununla bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh