Qəzada ölən polis zabiti ilə bağlı TƏBİB-dən AÇIQLAMA - FOTO
Hadisə
17 May 2024 13:22

“Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb”. Bu barədə məlumat oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib. Məlumatda qeyd olunub ki, 17.05.2024-cü il tarixində saat 02:35-də Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
“Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Xəsarət alanlardan 38 yaşlı şəxsin (cinsi kişi) həkimə qədər ölümü qeydə alınıb. Digər 30 yaşlı şəxs isə (cinsi kişi) alın-təpə nahiyəsinin çapılmış yarası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə hospitalizasiya olunub.
Xəsarət alan şəxsə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.
Oxunub : 1106
DİGƏR XƏBƏRLƏR
19 Mart 2026 22:55
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
19 Mart 2026 22:03
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
19 Mart 2026 18:00
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
19 Mart 2026 11:41
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
19 Mart 2026 11:00
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
18 Mart 2026 17:30
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
18 Mart 2026 13:48
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
18 Mart 2026 12:53
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
18 Mart 2026 10:42
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
18 Mart 2026 10:30
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
17 Mart 2026 21:09
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
17 Mart 2026 17:30
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
ŞƏRH YAZ










