Qəzadan sonra oğlu ilə ABŞ-a qaçan yazıçı belə saxlanılıb - VİDEO

Hadisə 27 İyun 2024 16:52 Oxunub 266
Qəzadan sonra oğlu ilə ABŞ-a qaçan yazıçı  belə saxlanılıb   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölümlə nəticələnən qəzanı törədən yeniyetmə oğlunu qaçaq yolla Misirə, daha sonra ABŞ-yə aparan türkiyəli yazıçı Eylem Tok və 17 yaşlı oğlu T. C.-nin saxlanılma görüntüləri üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, görüntüləri “Yirmidört.tv” yayımlayıb.

Onların Boston şəhərində saxlanıldığı bildirilib. Kadrlarda ana ilə oğlunun yaxalanarkən əllərinin arxadan qandallığı və polis maşınına mindirildiyi əks olunub.

Xatırladaq ki, martın 5-də Türkiyənin İstanbul şəhərinin Eyüpsultan qəsəbəsində Eylem Tokun 17 yaşlı oğlu T. C. lüks avtomobillə yol kənarındakı maşına çırpılıb. Qəza zamanı digər maşındakı 5 nəfərdən 4-ü müxtəlif dərəcəli xəsarətlər alıb, 1-i isə hadisə yerindəcə keçinib.

Yazar qəzadan sonra bir nəfərin ölümünə səbəb olan yeniyetmə oğlunu qaçaq yolla Misirə aparıb. O bu hərəkətinə görə ciddi tənqidlərlə üzləşib.

İyunun 14-ü isə ədliyyə naziri Yılmaz Tunç onların saxlanıldığını açıqlayıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh