Qəzanı prokurorluq qətl kimi qiymətləndirdi - Keçmiş məhkum hakim qarşında

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin bir neçə bəndi ilə təqsirləndirilən, 1990-cı il təvəllüdlü Nəcəfov Mustafa İlqar oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, hakim təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirib, məlum olub ki, Mustafa Nəcəfov bundan öncə də taksi sürüsünə qarşı quldurluq etdiyinə görə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Prosesin növbəti gedişində təqsirləndirilən şəxsin ittiham aktını almadığı məlum olub. Bu səbəbdən məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 6-na kimi təxirə salınıb.
Cinayət işində zərərçəkmiş şəxs qismində Əkbərova Günay Mətləb qızı tanınıb.
Xatırladaq ki, məlum cinayət hadisəsi bu il iyulun 3-də Bakının Yasamal rayonu, Kənar Dairəvi yolda “Cherry” markalı avtomobilin dərəyə aşması nəticəsində qeydə alınıb. Belə ki, maşında olan 1982-ci il təvəllüdlü Günay Əkbərova ölmüş, 34 yaşlı sürücü Mustafa Nəcəfov isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilmişdi. İki həftədən çox davam edən araşdırmalar nəticəsində prokurorluq baş vermiş hadisənin qəza olmadığı qənaətinə gəlib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sözügedən hadisə ilə Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb.
“İbtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması və nəticədə sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluqdan bildirilib.
Mustafa Nəcəfov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
(unikal)
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB












