Qəzəblənən fil sərnişin avtobusunun pəncərəsini sındırdı – VİDEO

Hadisə 13 Yanvar 2022 19:15 Oxunub 1648
Qəzəblənən fil sərnişin avtobusunun pəncərəsini sındırdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hindistanın Odişa ştatının Mayurbhanc rayonunda qəzəbli fil sərnişin avtobusunu təqib edərək pəncərəsini sındırıb.

Hadisənin görüntüləri yerli media tərəfindən yayımlanıb.

Sərnişin avtobusu Balasore şəhərindən hərəkət edərək Tikarpada Vəhşi Təbiət Qoruğunun yaxınlığından keçib. Birdən yolda tənha bir fil peyda olub.

O, avtobusun arxasınca qaçaraq nəqliyyat vasitəsini itələyib və pəncərəsini sındırıb. Heyvanın hərəkəti sərnişinləri qorxuya salsa da, onlardan heç biri xəsarət almayıb.

“Biz filin avtobusu aşıracağını düşündük. Hamı çox qorxdu”, - deyə videonun müəllifi bildirib.

Heyvanın avtobusa hücumu hadisənin şahidi olan yaxınlıqdakı kənd sakini tərəfindən lentə alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh