Qırmızıda yolu qaçaraq keçən kişi sürücünü qəza təhlükəsi ilə üz-üzə qoydu - VİDEO

Sabunçu-Zabrat yolunda qayda pozan piyada qəza təhlükəsi yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 30-da saat 07:40 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, orta yaşlı kişi işıqforun qırmızı işığında yolu qaçaraq keçib və yaxınlaşan avtomobilə məhəl qoymayıb. Bu zaman sürücü idarəetməni itirmə təhlükəsi ilə üzləşib, lakin o, son anda qəzadan yayınıb. Hadisədən sonra sürücü piyadaya iradını bildirib.
Videodan həmçinin aydın olur ki, digər piyadalar qaydalara riayət edərək işıqforun yaşıl işığını gözləyiblər, yalnız hadisə zamanı yol keçən şəxs qaydaları pozub.
Xatırladaq ki, işıqforun qırmızı işığında yolu keçmək ciddi təhlükə yaradır və həm piyada, həm də sürücü üçün qəza riskini artırır. Piyadalar yalnız yaşıl işıqda və onlar üçün nəzərdə tutulmuş keçidlərdən keçməlidir. Bu qaydalara riayət təhlükəsizliyi təmin edir və qəza hallarının qarşısını alır.
Nərmin
Bakıda qardaş qardaşı tüfənglə vurub öldürdü
Mağazadan 100 min manat dolu çamadan oğurlandı - HADİSƏ ANI - VİDEO
Daşkəsənin qəsəbə yolunda çökmə baş verdi - FOTO - VİDEO
Azərbaycanda dəhşətli qətl: Oğul anasını baltalayıb sonra özünü öldürdü
İlkinin maşınına su sıçratdılar; o da görüntüləri paylaşdı - VİDEO
Bir tərəfdə qayda pozanlar, digər tərəfdə nümunəvi piyada - VİDEO
Nərimanovda avtomobildən oğurluq edən 27 yaşlı Qabil ifşa olundu - FOTO - VİDEO
“VAZ” dairəsinin yaxınlığında gölə girən “BYD” suda batdı – Elektronika məhv oldu - VİDEO
Masazırda “Hyundai” və “BMW” yandı - VİDEO
DTX xaricdə qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlıları müəyyən etdi - VİDEO
Badamdarda avtomobillər uçqunun ALTINDA QALDI - VİDEO










