“Qırmızı xəbərdarlıq” edilən Britaniyadan fırtına görüntüləri - VİDEO

Hadisə 20 Fevral 2022 08:33 Oxunub 674
“Qırmızı xəbərdarlıq” edilən Britaniyadan fırtına görüntüləri - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Böyük Britaniyada İngiltərə və Uelsi bürüyən şiddətli “Eunice” fırtınası gündəlik həyata mənfi təsir edib.

Səlahiyyətlilər fırtına ilə bağlı “qırmızı xəbərdarlıq” edib və insanları fövqəladə hallar istisna olmaqla, evdə qalmağa çağırıb. Londonda vətəndaşlar fırtına səbəbiylə yolda getməkdə çətinlik çəkib, bəzi şəhərlərdə ağaclar yol kənarına aşıb, azı 2 nəfər yaralanıb. London və Uelsdə fırtına səbəbindən qatarların hərəkəti dayandırılıb. Aviasiya sahəsində araşdırmalar aparan “Cirium” şirkəti fırtına səbəbiylə ən az 436 uçuşun ləğv edildiyini açıqlayıb. Səlahiyyətlilər vətəndaşlara xəbərdarlıq edib ki, səyahət planlarını ləğv etsinlər.

Mənbə: TRT Haber

ŞƏRH YAZ
Ad

E-mail

Şərh