Qırmızıda yola qaçan məktəbli maşına çırpılıb bir neçə metr kənara düşdü - ANBAAN VİDEO

Paytaxtın Nərimanov rayonunda piyadanın vurulma anı avtomobilin kamerasına düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə noyabrın 10-da saat 15:51 radələrində İzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, işıqforun qırmızı işığına məhəl qoymayan bir qrup məktəbli yolu qaçaraq keçməyə çalışıb. Bu zaman onlardan biri əks istiqamətdən gələn “KIA” markalı avtomobilə çırpılaraq bir neçə metr kənara düşüb. Videoda sürücülərin siqnal verərək qayda pozan piyadalara xəbərdarlıq etdikləri aydın şəkildə eşidilir.
Qeyd edək ki, hadisə nəticəsində piyada ayağından xəsarət alıb və yaralı xəstəxanaya yerləşdirilib.
Nəzərə almaq lazımdır ki, nizamlanan piyada keçidlərində yalnız yaşıl işıq yanarkən yolu keçmək icazəlidir. Nizamlanmayan keçidlərdə isə piyadalar hər iki istiqaməti yoxlayaraq, yaxınlaşan nəqliyyat vasitələrinin sürət və məsafəsini qiymətləndirməlidirlər. Qaydalara riayət etmək həm sürücülərin, həm də piyadaların təhlükəsizliyinin əsas şərtidir.
Nərmin














