Qırx il beşulduzlu hotellərdə pulsuz yaşayan şəxs saxlanılıb - FOTO

Hindistanda ölkə daxilində lüks hotellərdə ödəniş etmədən qalan fırıldaqçı həbs edilib. Avtosfer.az "Unikal"a istinadla xəbər verir ki, söhbət bir sıra fırıldaqçılıqda şübhəli bilinən 69 yaşlı Binqson Condan gedir. Polisin məlumatına görə, o, on illərdir saxta adlarla beşulduzlu hotellərdə qalıb, bir neçə gün qalıb və sonra hesablarını ödəmədən yoxa çıxıb. O, iki gün qaldığı Raipurdakı hoteldən çıxmağa cəhd etdikdən sonra həbs edilib. Con guya "təcili iş" üçün işçilərdən noutbuk istəyib və cihazı götürüb pul ödəmədən qaçıb, lakin işçilərin şikayətindən sonra tutulub. Polis iddia edir ki, Con 1990-cı illərin əvvəllərindən bəri özünü bələdçi, ingilis dili müəllimi və ya yoqa təlimatçısı kimi təqdim edərək on ştatdan çox ərazidə təxminən 300 otelə fırıldaqçılıq etmiş ola bilər. Həmçinin bildirilib ki, fırıldaqçı təxminən 15 il həbsxanada yatıb və oranı "tətil evi" adlandırıb. Hazırda ona qarşı yeni istintaq başlayıb və onun iştirak etdiyi dələduzluq hadisələri araşdırılır.

Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO












