Qısqanc ər sosial şəbəkədən istifadə edən arvadını döydü - HÖKM

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Adil Ömərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Avtosfer.az xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. İttihama görə, hadisə 01 fevral 2025-ci il tarixdə, gecə saat 23 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb. Belə ki, Adil Ömərov yaşadığı ünvanda onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşayan zərərçəkmiş Pərvanə Ömərova (adı, soyadı şərtidir) ilə qısqanclıq zəminində mübahisə edib. Buna səbəb isə kişinin razılığı olmadan qadının mobil telefon vasitəsi ilə sosial şəbəkədən istifadə etməsi olub. Bu zaman o, arvadının üzərinə hücum edərək qəsdən əl, şillə, yumruq, təpik zərbələri ilə onun sifət, əl, baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq, onun sağlamlığına yüngül zərər yetirib. Hadisədə sonra Adil Ömərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmədə Pərvanə Ömərova ifadəsində ərinin ona dəymiş ziyanı tam ödədiyini, təqsirləndirilən şəxslı barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirib. (Pravda.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












