Qiyas cehizə görə intihar edib? - Anası danışdı - VİDEO

Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsinə görə intihar etdiyi deyilən gəncin ailəsi danışıb.
Avtosfer.az APA TV-yə istinadən xəbər verir ki, bir neçə gün öncə mərhum 23 yaşlı Qiyas İsmayılzadənin toyu olacaqmış. İddialara görə, onun anası qız evindən göndərilən cehizə narazılıq edib, nəticədə qızın atası toydan imtina edib. Bundan xəbər tutan Q. İsmayılzadə isə canına qəsd edib.
Ailə yayılan iddialarla bağlı açıqlama verib. Mərhumun bibisi Dursun İsmayılova bildirib ki, bunlar yalan məlumatlardır: “Deyirlər ki, Qiyasın anası günahkardır, amma bu, düzgün deyil. Onun anası indiyə kimi gəlin nə demişdisə, hər şeyi almışdı”.
İttihamlarda adı hallanan mərhumun anası Pakizə İsmayılova isə iddia edib ki, oğlunu sıxıblar: “Balam üçün hər şey edirdik, atası istənilən hər şeyi almışdı. Bu cür ev, bu cür şərait, atası onun toyu üçün çox əziyyət çəkirdi”.
Qiyasın nənəsi isə qız tərəfi razı sala bilmədiyini deyib: “Getdim ki, onları yola gətirim, razı salım. Qızın atası dedi ki, “olmaz, eşitdim ki, siz yaxşı adamlar deyilsiniz”.
Daha ətraflı videomaterialda:
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












