Qızıl Aypara Cəmiyyətinin bölmə sədrinin cinayəti aşkarlandı

Gədəbəy Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən, Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışmış və hazırda həbsdə olan Ülviyyə Balayeva barəsindəki növbəti cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hakim Füzuli Mirzəquliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əvvəlki cəzası da birləşdirilməklə 4 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, Ü.Balayeva vətəndaşları aldadaraq onlara qarşı dələduzluq edib. O, 2023-cü ildə Xəzər Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. Həbs edildikdən sonra onun digər cinayəti də üzə çıxıb. Məlum olub ki, Ü.Balayeva "Şəhid ailələri, Əlilləri, Müharibə veteranlarının müdafiəsi" İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri İbrahim Əliyevlə birlikdə bir qrup gədəbəyliyə qarşı da dələduzluq edib. Hər iki şəxs barəsində cinayət işi başlanıb. İ.Əliyev istintaq dövründə dünyasını dəyişib.
Ü.Balayeva İ.Əliyevlə birlikdə vətəndaşlara Fövqəladə Hallar Nazirliyində işə düzəltmək, sosial evlərdən mənzil almaq, sosial yardım, pensiya düzəldəcəklərini söz verərək 32 nəfərə qarşı silsilə dələduzluq edib.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












