“Qızımın üzərində ləkə qalmasın deyə evlənməsinə etiraz etmədim”

Bakıda 16 yaşlı qız ana olub. Onun qanunsuz evlənməsi ilə bağlı əri həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayon qəsəbələrinin birində baş verib.
22 yaşlı Elvin 9-cu sinif şagirdi Gülər (şərti adlı) ilə münasibət qurub. Onlar qarşılıqlı razılıq əsasında birgə yaşamağa başlayıblar. Məsələdən hər iki tərəfin valideynlərinin xəbəri olub. Lakin qızın azyaşlı olması səbəbindən ailələr izdivacın rəsmi şəkildə yalnız onun 17 yaşı tamam olduqdan sonra baş tutmasına razılaşıblar.
Buna baxmayaraq, Elvin azyaşlı qızı razı salaraq evdən qaçırıb. Bir il sonra onların qız övladı dünyaya gəlib. Ana olan vaxt Gülərin hələ 17 yaşı tamam olmayıb.
Elvin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi başlanıb.
Həm Elvin, həm də Gülər məhkəmədə münasibətlərinin qarşılıqlı sevgi əsasında qurulduğunu və hazırda birlikdə xoşbəxt yaşadıqlarını deyiblər.
Məhkəmədə Gülərin atası da ifadə verib. O, qızının azyaşlı olduğu üçün evlənməsinə razı olmadığını, lakin sonradan Elvinə qoşulub evdən getdiyini deyib: “Qızım 9-cu sinifə qədər təhsil alıb. Elvin ona elçi gələndə razı olmadım. Dedim ki, hələ uşaqdır. Amma ailələr arasında razılaşdıq ki, 17 yaşı tamam olandan sonra toy edək. Buna baxmayaraq, Elvin bir müddət sonra qızımı qaçırdı. Qızım evdən çıxarkən məktub qoymuşdu ki, evlənmək məqsədilə gedib. Könüllü getdiyi üçün dalınca getmədim. Üzərində ləkə qalmasın deyə evlənməsinə də etiraz etmədim”.
Elvin istintaq boyu azadlıqda olsa da, məhkəmə onun həbslə cəzalandırılmasını qanunauyğun hesab edib. Hökmə əsasən o, 1 il müddətə azadlıqdan məhrum edilib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












