Qobuda 5 qumbara tapıldı - VİDEO - FOTO

Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 25 ədəd 7x62 millimetrlik mərmi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Paytaxtda bu marşrut xətti üzrə gediş haqqı artırılıb? – “BakuBus”dan AÇIQLAMA- FOTO
Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanıldı - FOTO - VİDEO
Bakıda Pakistan vətəndaşının başına iş gəldi - FOTO - VİDEO
Vəfat edən həkim generalın qardaşı imiş - FOTO
Avtomobildən küçəyə zibil atan sürücü həbs edildi
DTX səfirliyə terror hücumunun qarşısını aldı - XÜSUSİ ƏMƏLİYYAT - VİDEO
Millinin üzvü sərxoş vəziyyətdə avtomobil idarə etdi - Polis saxlayıb cərimələdi - FOTO
Anasının adına açdığı hesabla qumar oynayıb 100 manat qazandı - 3 min cərimələndi
Bakıda qadın uşaqlarını gözəllik salonunda qoyub qaçdı - VİDEO
Bakıda yük avtomobilinin təkərləri yerindən çıxdı; Təhlükəli anlar - VİDEO
Gecə görünməyən təhlükə: Bu yolda avtomobillər çuxurlara düşür - VİDEO











