Qobustanda restorana BASQIN edənlər saxlanıldı - VİDEO

Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən “Sheyx Lounge” restoranına bir qrup şəxs basqın edib.
Avtosfer.az xəbər verir ki, hadisəni əks etdirən görüntülər Baku.es-in sosial şəbəkə səhifəsində yayılıb. Bildirilib ki, restorana hücum edən şəxslər sözügedən qəsəbə sakinləridir:
“Hücum edən 5 nəfər - Qədirov Fariz Arif oğlu, Qədirov Sübhan, Qədirov Ağa və kimliyi bilinməyən iki nəfər olub.
Restoran sahibi ilə şəxsi tanışlıqlarının olmadığı bildirilən bu şəxslər qəsəbənin imkanlı insanlarından sayılırlar. Onların hücum zamanı soyuq silahlardan istifadə etdiyi, həmçinin müştəriləri döydükləri iddia olunub. Şahidlərin sözlərinə görə, qeyd olunan şəxslər restorana hücum zamanı obyektin işlədilməsinə icazə verməyəcəklərini bildiriblər. Hücum nəticəsində restorana 25 min manata qədər maddi ziyan dəyib. Restoranı işlədən şəxs ayağından yaralanıb. O, həyatının təhlükə altında olduğunu bildirib”.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən restoranların birində münaqişə baş verməsi barədə polisə məlumat daxil olub:
“Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır”.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












