
Qoca kişi uşağın telefonunu alıb qaçan şəxsi belə cəzalandırdı - VİDEO
Hadisə
27 Oktyabr 2023 23:04
Oxunub 664

Rusiyada baş vermiş hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, evə qayıdan məktəblinin telefonunu əlindən alıb qaçan şəxs yaşlı adam tərəfindən saxlanılıb. Yerə yıxılan oğru yaşlı adama müqavimət göstərsə də, heç bir nəticəsi olmayıb. Ətrafdakı insanların artdığını görən şəxs telefonu qaytararaq hadisə yerindən qaçıb. Oğru polislər tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
İlkin məlumatlara görə, oğru narkotik vasitə istifadəçisidir.
Leyla
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR