Qocalar evində partlayış olub, ölənlər var
Hadisə
24 Dekabr 2025 23:15

Pensilvaniyanın (ABŞ) "Silver Lake" qocalar evində baş verən partlayış nəticəsində azı iki nəfər ölüb. Avtosfer.az-ın NBC telekanalına istinadən verdiyi məlumata görə, hadisənin ilkin səbəbi qaz sızması hesab edilir. Məlumata görə, partlayışdan sonra binada güclü yanğın baş verib.
Bristol dairəsinin yanğından mühafizə rəisi Kevin Dippolito bildirib ki, beş nəfərin itkin düşdüyü güman edilir:
"Lakin onlar ailə üzvləri ilə birlikdə hadisə yerini tərk edə bilərlər".
Polis əməkdaşının sözlərinə görə, yaralanan 20 nəfər xəstəxanalara yerləşdiriliblər. Partlayış nəticəsində birinci mərtəbənin bir hissəsi çöküb. Xilasedicilər insanları pəncərələrdən və lift şaxtasından təxliyə etməli olublar.
Oxunub : 772
DİGƏR XƏBƏRLƏR
31 Oktyabr 2026 15:00
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
30 Oktyabr 2026 17:30
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
30 Oktyabr 2026 16:44
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
30 Oktyabr 2026 13:18
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
29 Oktyabr 2026 21:13
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
29 Oktyabr 2026 15:48
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
29 Oktyabr 2026 15:30
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
29 Oktyabr 2026 11:20
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
28 Oktyabr 2026 17:46
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
28 Oktyabr 2026 14:23
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
28 Oktyabr 2026 14:00
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
27 Oktyabr 2026 19:35
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
ŞƏRH YAZ












