
Qocalar evində yanğın olub, 25 nəfər xəsarət alıb
Hadisə
30 Mart 2025 21:00
Oxunub 424

Almaniyanın Hannover şəhərində qocalar evində baş verən yanğın nəticəsində 25 nəfər xəsarət alıb.
Avtosfer.az “Bild” nəşrinə istinadla xəbər verir ki, onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanların əksəriyyəti tüstüdən zəhərlənib.
Yanğının söndürülməsi üçün hadisə yerinə 140 yanğınsöndürən və 33 texnika cəlb edilib. Təxminən yüzə yaxın sakinin yaşadığı qocalar evinin binasının bir hissəsi yanğın nəticəsində yararsız vəziyyətə düşüb. Hazırda hadisənin səbəbləri araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR